Xəbər lenti

Səfir: Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir
Siyasət16:42 15.10.2020

Səfir: Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistan Azərbaycanın mövqeyini dəstəkləyir.
Qaynarinfo-nun məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrafxanov Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Səfir bu yaxınlarda Azərbaycan tərəfinin ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin üzvləri üçün Gəncə şəhərinə təşkil etdiyi səfərdən bəhs edib. O, Ermənistanın mülki insanları və mülki obyektləri hədəfə alan raket hücumlarının faciəvi nəticələrinin şahidi olduğunu deyib. Günahsız insanların hədəfə alınaraq öldürülməsini şiddətlə qınadığını bildirib.