Xəbər lenti

Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant
Sağlamlıq 08:45 20.06.2026

Səhər yeməyində yumurtanı necə əvəz etmək olar? - Proteinlə zəngin 7 variant

Yumurta bir çox insanın səhər yeməyinin əsas qidasıdır. İki böyük yumurtada təxminən 12,6 qram zülal, həmçinin faydalı yağlar, vitaminlər və minerallar var. Lakin "Health” nəşrinin yazdığına görə, yumurta hər gün istifadə edildikdə monoton ola bilər.

Qaynarinfo xəbər verir ki, qeydiyyatdan keçmiş diyetoloq Cillian Kubalanın sözlərinə görə, səhər yeməyində yumurtanı əvəz edə biləcək bir çox qidalı və doyurucu alternativ var. O, zülalla zəngin 7 seçim təqdim edib.

1. Yunan yoqurtu

Yunan yoqurtu yüksək zülal tərkibi ilə yumurtaya yaxşı alternativ sayılır. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatına görə, adi yoqurtla müqayisədə təxminən iki dəfə çox zülal ehtiva edir.

Mütəxəssis bildirir ki, ¾ stəkan yunan yoqurtunda təxminən 17 qram zülal var. O, həmçinin kalsium, B12 vitamini və seleniumla zəngindir. "Canlı və aktiv kultur”lu məhsullar bağırsaq sağlamlığı üçün faydalı probiotiklər mənbəyidir.

Diyetoloq onu meyvə və toxumlarla qarışdırmağı və ya smuzi hazırlamağı tövsiyə edir.

2. Yulaf

Yulaf özü yüksək zülal mənbəyi olmasa da, onu proteinlə zəngin əlavələrlə (yoqurt, qoz pastası, protein tozu və s.) birləşdirmək olar.

"Foods” jurnalında dərc olunan araşdırmaya görə, yulafın əsas üstünlüyü beta-qlükan adlı həll olunan lifdir. Bu maddə xolesterin və qan şəkərinin tənzimlənməsinə kömək edir.

3. Tofu

Tofu yumurta əvəzedicisi kimi geniş istifadə olunur. Yarım stəkanında təxminən 22 qram zülal var. O, az karbohidratlıdır və kalsium, dəmir, sink kimi minerallarla zəngindir.

4. Kəsmik

Kəsmik yüksək zülal tərkibi ilə uzunmüddətli toxluq yaradır. Bir stəkanında təxminən 25 qram zülal var. Həm şirin, həm də duzlu əlavələrlə istifadə edilə bilər.

5. Lobya və mərcimək

Bitki mənşəli zülal və liflə zəngindir. Bir stəkan mərciməkdə təxminən 17,9 qram zülal və 15,6 qram lif var. Bu qidalar toxluğu uzadır və qan şəkərini sabit saxlayır.

6. Smuzi

Zülallı smuzilər sürətli və rahat səhər yeməyi seçimidir. Sirovatka protein və ya bitki mənşəli protein əlavə edilərsə, bir porsiyada 35 qram və ya daha çox zülal ola bilər.

7. Çia toxumu pudinqi

Çia pudinqi həm zülal, həm də lif və minerallarla zəngindir. 28 qramında təxminən 9,75 qram lif və 4,7 qram zülal var. Süd və ya bitki içkisi ilə qarışdırılaraq hazırlanır və soyuducuda saxlanır.

Aydın
--> -->