Xəbər lenti

Səməd Səmədova ittiham: “O, 15 il mənim “sokumu” içib”
Maqazin15:41 28.11.2014

Səməd Səmədova ittiham: “O, 15 il mənim “sokumu” içib”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Səməd Səmədovdan ayrılan 15 illik duet ortağı Sevda Əliqızı Lent.az-a müsahibə verib.
 
- Hazırda şou-biznesdə ən aktual mövzulardan biri də Səməd Səmədovun sizinlə yollarını ayırmasıdır. Aranızda nə oldu ki, 15 illik işbirliyinə son qoydunuz?
- Nə olduğunu heç mən də anlamıram. Bir gün Səməd öz prodüseri ilə mənə xəbər göndərdi ki, “O, qocalıb, onunla işləmək istəmirəm”. Bu, mənə təsir etdi.
- Ötən gün ANS telekanalında yayımlanan verilişlərin birində qonaq olduğunuz zaman, Səməd bəy sizə gül göndərdi. Demək olarmı ki, artıq barışmısınız?
- Yox, onunla barışmamışam. Mən 15 il ərzində onu hamıdan yaxşı tanımışam. Tanıyıram, xarakterinə bələdəm. Verilişdə baş verənlər Səmədin qurmaları idi. Özü qurub, quraşdırdı. Səməd heç vaxt dəstə gülü kiməsə verməz. Onun gül göndərməsi mənim üçün təhqir idi. İnanırsınız, verilişdə mənə gül təqdim olunan zaman, istədim ki, onu orada əyləşən tamaşaçılara verim. Gül vermək istəyirdisə, onu özü gətirib özü verərdi.
- Veriliş zamanı Səməd Səmədovun sizin üçün göndərdiyi video-kaset də var idi. Hətta iddia olundu ki, kasetdə sizin porno-görüntüləriniz ola bilər…
- Bəli, elə bir söhbət oldu. Amma mən özümə arxayın idim. Çünki mən ömür boyu təsəvvür edə bilmərəm ki, barəmdə nəsə bir şayiə olsun. Buna özüm imkan yaratmamışam. Bir də ki, hansı videodan söhbət gedə bilər ki? Heç bir başıaşağılıq gətirəcək videom yoxdur. Ona görə də verilişdə rahat oturmuşdum. Mən alnıaçıq, üzü ağ insanam. Nə Səmədin, nə də heç kimin yanında əyri-əksik işim yoxdur. Hamı mənim necə insan olduğumu bilir. Bir də ki, mənim idmançı oğlum var. Bütün idmançılar qalxar ayağa, orada bütün ailəmi qatarlar bir-birinə.
- Görünür ki, Səməd bəyin sizə barışıq jesti xətrinizə dəyib?
- Bu, ilk dəfə deyil. Mən onun üçün uşağam? Ya hansısa toy müştərisi, “klyent”? Özü mənimlə əlaqə saxlayıb, işləməmək istədiyini deyə bilməzdi? Bu nə hərəkət idi ki, mənə qarşı edirdi? Mən bunu ona bağışlamayacam. Mənə təsir edən o oldu ki, bu günə qədər mənə zəng edib, bir söz demədi. Bu 15 ildə bu qədər qiymətsiz oldum? Səməd, sən bu illər ərzində məni məhv elədin. Sən mənim “sokumu” aldın, “sokumu” içdin. Bu illər ərzində səhnə fəaliyyətimə ziyan vurdun. Bu illər ərzində mən çox işlər görə bilərdim. İndiyə qədər getdiyimiz bütün toylarda əsəblərimi oynadıb. İstədiyim mahnıları ifa etməyə qoymayıb. Mən mədəniyyətsiz, səviyyəsiz insan deyiləm. Səmədin yanından çoxdan çıxmaq istəyirdim. Amma dedim ki, “yox, yaxşı deyil, Səmədi yarı yolda qoymayım”. Baxma, bir yerdə çörək kəsmişik. Çörəyə hörmətlə yanaşıram.
- Artıq Səməd bəyin yeni duet ortağı məlumdur, Şəbnəm Aslanqızı. Xəbəriniz varmı?
- Yox, baxmamışam. Acıq üçün demirəm, doğurdan da hələ baxmamışam. Heç məni  maraqlandırmır ki, onun yeni duet ortağı kimdir? Nədir? Nəçidir? İndi o, nə istəyir, onu da etsin.
- Səməd bəy sizə “Qocalmısınız” deyir. Siz özünüz, özünüzü qoca hesab edirsinizmi?
- Gülməlidir, kim, kimə qoca deyir. O sözü mənə gənc adam desəydi, deyərdim ki, ola bilər ki, onun yanında qoca görünə bilərəm. Mən heç gənclərin də yanında qoca görünmürəm. O qədər gənc xanım müğənnilər gəlib mənə deyirlər ki, “Sevda xanım, elə sizin yaşınıza çatıb, sizin gözəllikdə qalmaq istəyərdik”. Mən bir çox gənc xanım müğənnilərə ibrətəm. Adicə Türkiyədə Ajda Pekkan, Kibariyə kimi müğənnilərə demək olar ki, “Sən qocalmısan”. Gənc müğənnilər onların qarşısında baş əyir. Mənim qocalmağıma hələ çox var.
- Səməd bəy bizə açıqlamasında bildirdi ki, sizinlə yenidən barışacaq və münasibətlər normallaşacaq…
- Yox, yox qətiyyən. Münasibətlərin normallaşmasını istəyən adam, əvvəlcədən mənə zəng vurub, danışardı. Artıq gecdir. Bundan sonra da heç bir şey normallaşmayacaq. Fikrim qətidir, onunla barışmaq niyyətim yoxdur. 
Qaynar.info