Xəbər lenti

Sevinc Elsevər “Mücrü” uşaq jurnalına rəhbərlik edəcək
Sənət13:41 20.04.2020

Sevinc Elsevər “Mücrü” uşaq jurnalına rəhbərlik edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mücrü” nəşriyyatının  balaca oxuculara yeni hədiyyəsi gözlənilir. 
Bu haqda Qaynarinfo-ya nəşriyyatdan məlumat verilib. 
Məlumatda bildirilir ki, nəşriyyat uşaqlar üçün "Mücrü” adlı jurnal hazırlayır. Jurnal daha çox məktəbəqədər və məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub. Uşaqlar dərgidə bir-birindən maraqlı hekayələr, şeirlər, rubrikalar, oyunlar, müxtəlif ölkələr, xalqlar, şəhərlər, heyvanlar, quşlar, bir sözlə, dünyada uşaqları maraqlandıran hər şey haqqında məlumat əldə edə biləcəklər. 
Bundan əlavə, jurnal vasitəsilə uşaqlar bilik yarışına qoşulacaq, hər nömrədə verilən test tapşırıqlarının düzgün cavabları ilə növbəti nömrədə tanış olacaq, özləri–özlərini qiymətləndirəcəklər. 
Jurnal təkcə uşaq yazarlarının tribunası olmaycaq, burada uşaqlar da müxtəlif yazılarını, çəkdikləri rəsmləri yayımlaya biləcəklər. Hər yeni nömrədə uşaqlar istedadlı yaşıdlarının yaradıcılığı ilə tanış olmaq fürsəti qazanacaqlar. Onlar  sevdikləri  hekayələrin, şeirlərin müəlliflərinə məktublar yaza biləcək, "Mücrü” jurnalı vasitəsilə sevimli müəlliflərlə tez-tez görüşmək imkanı əldə edəcəklər. 
Daha çox azyaşlı uşaqlar və ibtidai sinif uşaqlarına ünvanlanan jurnal  uşaqların maarifləndirilməsi, onlarda mütaliəyə və yaradıcılığa maraq oyatmaq  məqsədi daşıyır. 
Xatırladaq ki, jurnalın təsisçisi "Mücrü” Nəşriyyatı, dərginin baş redaktoru yazıçı-şair Sevinc Elsevərdir.