Xəbər lenti

Siyasi partiyalarla bağlı qanun dəyişdi
Siyasət20:36 04.11.2014

Siyasi partiyalarla bağlı qanun dəyişdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Prezidenti İlham Əliyev “Siyasi partiyalar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib.
Trend-in məlumatına görə, qanuna edilən əlavədə qeyd olunub ki, üzvlük haqqı siyasi partiyanın üzvləri tərəfindən siyasi partiyanın nizamnaməsinə uyğun olaraq pul formasında mütəmadi ödənilən vəsaitdir. Üzvlük haqqının məbləğindən artıq ödənişlər ianə hesab edilir.
Digər əlavəyə görə isə şəxsin bir və ya bir neçə partiyaya il ərzində verdiyi ianələrin yuxarı həddi on min manatdan artıq ola bilməz.
Bundan başqa qanuna edilən dəyişikliyə görə, siyasi partiyalar tərəfindən illik maliyyə hesabatları auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilməlidir.
Qanuna edilən digər əlavəyə görə, Mərkəzi Seçki Komissiyasının müraciəti əsasında siyasi partiyalar maliyyə fəaliyyətlərinə dair əlavə məlumatları və sənədləri təqdim etməlidirlər.
Siyasi partiyaların illik maliyyə hesabatları Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilməlidir.
Qaynar.info