Yanvarın 16-da cümə axşamı Slovakiyanın şərqində məktəbdə bir şagirdin bıçaqlı hücumu nəticəsində ən azı iki nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Yerli medianın məlumatına görə, hücum Spişska Stara Ves şəhərində baş verib.
Qeyd olunur ki, hadisə yerində bir neçə təcili tibbi yardım briqadası işləyir.
Həmçinin bildirilir ki, təsdiqlənmiş iki ölüm hadisəsindən əlavə, daha bir nəfərin vəziyyəti ağırdır. Qurbanların ümumi sayı hələlik açıqlanmayıb.
Aydın
Şərhlər