Xəbər lenti

Stalinlə bağlı daha bir yalanın üstü açıldı
Dünya09:23 19.12.2019

Stalinlə bağlı daha bir yalanın üstü açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sovet lideri İosif Stalinin 18 dekabr doğum günü ərəfəsində Rusiya mətbuatı yenə köhnə dəftərləri açıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Stalinin ölərkən ondan geriyə bir dəst paltar, şəxsi əşyaları, bir də 900 rubl pul qaldığına dair deyimlər dolaşsa da, rus tarixçi Andrey Nalgin bu məlumatların yalan olduğunu açıqlayıb. Bu barədə bloqunda yazan tarixçi onun səfalət içində deyil, sərvət içində öldüyünü bildirib. Onun sözlərinə görə, sovet lideri öləndə şəxsi kassasından 3 milyon 762 min rubl, müəyyən miqdarda da xarici valyuta çıxıb. Xarici əsginaslara yapışdırılan qəbzlərə baxanda aydın olur ki, bu, Stalinin SSRİ-dən kənarda satılan kitablarından əldə edilən gəlirdir.
Tarixçi bu məlumatı onun şəxsi mühafizəçilərinin açıqlamalarına istinad edərək yazıb. Nalgin qeyd edir ki, SSRİ-də yüksək vəzifəli şəxslər aldıqları mükafatları qanunvericiliyin tələblərinə görə, dövlətə təhvil verməliydilər. Amma görünür, Stalin özü buna riayət etməyib.
Bütün xərcləri dövlət tərəfindən qarşılanan Stalinin bu pulları necə əldə etdiyi və onlarla hansı planları qurduğu isə məlum deyil.
Nalgin xatırladır ki, Stalinin maaşı 15 sovet məmurunun maaşına bərabər idi.
Camal