Xəbər lenti

Süd Yolu başqa qalaktika ilə toqquşa bilər: Alimlər ehtimalı qiymətləndirdi
Dünya 23:32 27.08.2025

Süd Yolu başqa qalaktika ilə toqquşa bilər: Alimlər ehtimalı qiymətləndirdi

Ənənəvi nəzəriyyəyə görə, Süd Yolu qalaktikası ilə Andromeda qalaktikası toqquşaraq vahid nəhəng kosmik quruma çevrilməli idi. Lakin yeni araşdırmalar bu ehtimalın əvvəl düşünüldüyündən daha az olduğunu göstərir.

Qaynarinfo xəbər verir ki, Helsinki universitetindən Till Savalanın rəhbərlik etdiyi alimlər qrupu 22 fərqli parametri – ulduzların kütləsi, sürəti, mövqeyi və digər kosmik cisimlərin təsirini nəzərə alaraq 100 min simulyasiya aparıblar.

Ənənəvi proqnozlar toqquşma nəticəsində spiral quruluşların məhv olaraq qalaktikaların elliptik formaya düşəcəyini ehtimal edirdi. Alimlər bildirirlər ki, belə hadisələr zamanı kosmik qaz mərkəzi qara dəliyi qidalandırır, güclü radiasiya saçılır və maddə nəticədə dəliyin içinə sorulur.

Yeni modellərdə isə Andromedanın peyki sayılan Üçbucaq qalaktikası ilə Yerdən görünən Böyük Magellan Buludunun təsiri də nəzərə alınıb. Savalanın sözlərinə görə, Üçbucaq qalaktikası Süd Yoli Andromedaya yaxınlaşdırsa da, Böyük Magellan Buludu onu müəyyən qədər uzaqlaşdırır. Bu, toqquşma ehtimalını tam aradan qaldırmasa da, bir qədər azaldır.

Simulyasiyalar nəticəsində məlum olub ki, qarşıdakı 10 milyard il ərzində Süd Yolu ilə Andromeda qalaktikalarının toqquşma ehtimalı təxminən 50 faizdir. Lakin ən çox gözlənilən 4-5 milyard il sonrakı toqquşma ehtimalı sadəcə 2 faiz olaraq qiymətləndirilib.

Alimlər bildirirlər ki, Süd Yolu gələcəkdə sadəcə Andromedaya yaxınlaşa bilər və tam toqquşma baş verməyə də bilər. Daha dəqiq nəticələr üçün müşahidələr və simulyasiyalar davam etdirilməlidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->