Sudan hökuməti Birləşmiş Millətlər Təşkilatının baş katibinin xüsusi nümayəndəsi Volker Pertesi ölkədən qovub.
Bu barədə Qaynarinfo Çinin "Sinxua” agentliyinə istinadən xəbər
verir.
Sudan silahlı qüvvələrinin komandanı Əbdülfəttah Əl-Burhan may ayında xüsusi nümayəndənin dəyişdirilməsini tələb edib.
"Sudan Respublikası hökuməti BMT baş katibinə rəsmi məlumat verib ki, BMT baş katibinin xüsusi nümayəndəsi və inteqrasiya olunmuş yardım missiyasının rəhbəri Volker Pertes persona non-qrata elan edilib”, - deyə Sudan Xarici işlər nazirliyi bildirib.
BMT baş katibinin xüsusi nümayəndəsi mayın sonundan Sudandan kənardadır və bu qərar elan olunan zamanı o, Həbəşistandan olub.
Nizami Bağırov
Şərhlər