Sudanın Darfur bölgəsindəki El Faşer şəhərində xəstəxanaya hücum nəticəsində azı 70 nəfər ölüb, 19 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində məlumat verib.
"Əl Faşerdə Səudiyyə Ərəbistanının xəstəxanasına dəhşətli hücum nəticəsində xəstələr və onların müşayiətçiləri arasında 19 nəfər yaralanıb, 70 nəfər ölüb. Hücum zamanı xəstəxana tibbi yardım alan xəstələrlə dolu olub", deyə məlumatda bildirilir.
Qebreyesusun sözlərinə görə, hücuma məruz qalan xəstəxana El Faşerdə fəaliyyət göstərən yeganə xəstəxana olub və ilk növbədə analara xidmət göstərməyə yönəlib.
"Bu hücum güclü atəşdən sonra səhiyyə müəssisələrinin bağlanması səbəbindən ştatda səhiyyə xidmətlərinə çıxışın ciddi şəkildə məhdudlaşdırıldığı bir vaxtda baş verib", deyə ÜST-nin baş direktoru bildirib.
O, Sudanda münaqişənin bütün tərəflərini səhiyyə müəssisələrinə edilən hücumları dayandırmağa və zədələnmiş obyektlərin sürətlə bərpası üçün tam çıxışı təmin etməyə çağırıb.
Aydın
Şərhlər