Xəbər lenti

"Sumqayıt" klubunun baş məşqçisi istefa verdi
İdman16:06 20.05.2018

"Sumqayıt" klubunun baş məşqçisi istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Topaz Premyer Liqasının sonuncu turunda "Zirə"yə 1:2 hesabı ilə uduzaraq Avropa Liqasına getmək şansını itirən "Sumqayıt"ın baş məşqçisi Samir Abasov istefa verib.
Qaynarinfo xəbər verir ki, o, qərarını oyundan sonra keçirilən mətbuat konfransında açıqlayıb
"Bu mənim "Sumqayıt"da sonuncu oyunum idi. Belə şərtlərlə işləyə bilmərəm. Çünki "Sumqayıt" sanki reabilitasiya mərkəzidi. Rəhbərliklə danışmamışam. Amma böyük ehtimalla burda qalmayacam" deyə Abasov bildirib