Türkiyə Superliqası təmsilçisi "Samsunspor"un yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo-nun məlumatına görə, turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan komanda alaman mütəxəssisə tapşırılıb. "Qırmızı-ağlar" Markus Qisdol ilə müqavilə imzalayıb. Klubdan verilən açıqlamada, Qisdol mövsümün sonuna qədər işinin başında olacaq.
Məşqçi ötən illərdə Almaniyanın "Hoffenhaym”, "Hamburq” və "Köln” kimi komandalarında fəaliyyət göstərib. Sonuncu dəfə Moskva "Lokomotiv”ində beş ay çalışmış Qisdol 1,5 ildir işsiz idi.
2021-2022 mövsümündə Moskva klubunu çalışdıran Qisdol Almaniya Bundesliqasında "Hoffenhaym", "Hamburq" və "Köln"də 200-dən çox oyun keçirib.
Səbuhi Həsənov