"Talim" qasırğası Çinin cənubundakı Quanqdonq əyalətində materiki vurub, bölgədə nəqliyyatın hərəkəti dayandırılıb, uçuşlar ləğv edilib, məktəblər və dövlət müəssisələri bağlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Əsas zərbə ötən gecə Quanqdonqun Zanjianq şəhərinə dəyib. Tayfunun episentrində küləyin maksimal gücü 38 m/s-ə çatıb.
Haynan ada əyalətində qasırğanın yaxınlaşması ilə əlaqədar bazar ertəsi 36 mindən çox balıqçı təxliyə edilib. Əyalətin paytaxtı Haykou beynəlxalq hava limanını bağlayıb.
Qasırğanın təsirinə məruz qalacağı gözlənilən bölgələrdə yaşayan sakinlərə mümkün olduğu qədər əlavə qoruma təmin etməklə bütün pəncərə və qapıları bağlamaq, pəncərələrdən uzaq durmaq və təhlükəsiz yerlərdə avtomobil saxlamaq tövsiyə olunub.
Aydın