Xəbər lenti

Tarkan Bakı konsertindən sərvət qazanacaq - ŞOK RƏQƏM
Maqazin07:18 24.04.2017

Tarkan Bakı konsertindən sərvət qazanacaq - ŞOK RƏQƏM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin megastarı Tarkanın Bakıda Formula 1 Qrand-Prix yarışları çərçivəsində verəcəyi konsertdən əldə edəcəyi gəlir məlum olub.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Tarkanın konsert üçün 500 min dollara anlaşdığı açıqlanıb. 

Qeyd edək ki, konsert xəbərini ötən gün instagram hesabından elan edən müğənni “həyəcanlı” olduğunu ifadə etmişdi.

Xatırladaq ki, Tarkandan daha əvvəl Bakı Formula 1 yarışlarının açılış mərasiminə Enrique İglesias, Chris Brown və Pharrell Williams kimi məşhurlar dəvət edilmişdilər. 

Qaynar.Az