Xəbər lenti

The Jeruselim Post: İsrailin dostunun dəstəyə ehtiyacı var
Siyasət17:10 11.04.2016

The Jeruselim Post: İsrailin dostunun dəstəyə ehtiyacı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bir neçə gün əvvəl nüfuzlu İsrail qəzeti «The Jerusalem Post»da İsrailin sadiq dostu Azərbaycandakı vəziyyətdən və onun mütəffiqinin dəstəyinə ehtiyac duyduğundan bəhs edilən məqalə dərc edilib. Məqalənin müəllifi amerikalı ravvin İsrail Barukdur. Məqaləni təqdim edirik: 

Azərbaycan Respublikasının geniş ərazilərini işğal edən erməni silahlılarının atəşə tutduğu məktəbin şəkilləri görə çox narahat oldum. 

İsraildən yenicə qayıtmışdım, oxşar situasiayla - ermənilərin açıq niyyətlə, mülki vətəndaşları öldürmək üçün Azərbaycanın yaşayış bölgələrini atəşə tutduğunu öyrəndim. 

Açıq-aydın görünür ki, onların haraya atəş açması onları o qədər də maraqlandırmır. 

Hazırki gərginlik 1990-cı illərin əvvəlindən başlayan uzunmüddətli münaqişənin tərkib hissəsidir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini, onun ətrafındakı 7 rayonu işğal edib və etnik cəhətdən təmizləməyə yol verib, beləliklə, Azərbaycan ərazisinin 20 faizi işğal olunub və bu işğal bugünədək davam edir. 

Sonuncu dəfə Ermənistan tərəfindən başladılan gərginlik toqquşmalarla nəticələnib, bunu Azərbaycan prezidentinin bir müddət əvvəl ABŞ-a etdiyi səfərinə kölgə salmaq üçün təşkil olunmuş və idarə olunan əks-həmlə kimi qiymətləndirmək olar. İlham Əliyevin Vaşinqtonda yaxşı qarşılanmasından və Dövlət Departamentinin rəhbəri Con Kerrinin Azərbaycanın ərazi bütövlüyünə dair verdiyi açıq dəstəkdən narahat olan Ermənistan (Rusiyanın dünyadakı ən böyük ikinci hərbi bazası bu ölkədədir) silahla qarşı tərəfi provakasiyaya çəkməyə çalışıb. 

Bu düşmənçilik Ermənistanın təkcə öz vətəndaşlarının həyatlarına  hörmətsizliyi deyil, həmçinin dövlət və lobbi tərəfindən Azərbaycanı hörmətdən salmaq və imicini zədələmək məqsədi güdür. 

Sekulyar dünyagörüşlü müsəlman əhalisi olan, beynəlxalq terrorizm və ekstremizlə mübarizədə ən aktiv ölkələrdən sayılan Azərbaycan ABŞ-ın və İsrailin müttəfiqlərindən biridir. Bölgədə Qərbin vacib müttəfiqi olan ölkə Ermənistanın timsalında birmillətli, düşmən münasibətli bir ölkəylə üzləşib, qeyri-insani müharibəyə cəlb olunub, eyni zamanda isə o, mətbuatın və müxtəlif silahlarla yaraqlanmış təşkilatların terroruna məruz qalıb. 

Təşviq və manipulyasiya bütün dünyada terrorçuların əsas vasitələrindən biridir: İsrail dövləti bu problemlə çox yaxından tanışdır. Ancaq erməni təbliğatçıları güclənməkdə olan İslamafobiyadan əsas mövzudan yayınmaq üçün çox yaxşı istifadə edirlər. Münaqişəni daim "xristian ermənilər və müsəlman azərbaycanlıların” münaqişəsi – təəssüf ki, bir çix Qərb media orqanları da bunu təkrar edirlər – adlandırmaqla Erməni tərəfi yalançı əhvalat düzüb qoşur, məqsəd isə qanunsuz işğalı və qəddar etnik təmziləməni ört-basıdr etmək üçün çox yanlış olan Qərb ictimaiyyətinin simpatiyasını qazanmaqdır. 

Və bütün bunların bir hədəfi var - əsrlər boyu müsəlman, xristian və yəhudilərin birlikdə sülh içində yaşadığı, mülti-mədəniyyətlərin hökm sürdüyü ölkəni gözdən salmaq. Ermənistanın Azərbaycanı terror etdiyi bir dönəmdə onun tərəfdarları ölkənin müsəlman çoxluğa malik olduğunu göstərirlər.

Çoxları bilməyə bilər, ancaq Azərbaycan xristianlığı rəsmi olaraq din kimi 313-cü ildə qəbul edən dünyanın ilk xristian ölkələrindən birinin evi olub. O dövrdən bəri Xristianlıq ölkənin tarixinin formalaşmasında böyük rol oynayıb və bu yarım milyona qədər xristian Azərbaycanı öz vətəni hesab edir və müsəlman və yəhudilərlə birlikdə yaşamağa davam edirlər. 

Ermənistanın işğalı və terrorundan 20 ildən çox vaxt keçsə də, Azərbaycanın paytaxtı Bakının mərkəzində erməni kilsəsi hələ də öz yerində dayanıb, Azərbaycan hökuməti tikilini restavrasiya edib, onu maliyyələşdirir və qoruyur, çünki ölkədə bütün dinlərin nümayəndələrinin inanc azadlığı qorunur və hörmət edilir. Hətta Erməni Katolikosu II Qaregin Azərbaycanın təşəbbüsü ilə 2010-cu ildə ölkəni ziyarət edərkən, katedralın qorunmasının yüksək standartlarından, 5000 qədim erməni kitabından ibarət kitabxanasından heyrət etmişdi. 

Ermənistanın Azərbaycanın Qarabağ bölgəsini işğal etməsi və onun əleyhinə təbliğatı radikal etnik-millətçiliyin və qanunsuz terrorçu iddiaların klassik nümunələrindən biridir: bunun dinlə heç bir əlaqəsi yoxdur. Bunu dini münaqişə kimi təqdim etmək cəhdləri açıq, sadə həqiqəti gizlədib, ictimai fikri yayındırmaq məqsədi güdür.

Bu ədalətli müharibə deyil: ortada işğalçılar və işğal olunmuş ərazi faktı var, sadəcə biz əsgərlərlə terrorçuları fərqləndirməliyik. Biz sadəcə onlara bu münaqişədə düzgün tərəf olmaq liderliyini öz üzərimizə götürməli, terroru pisləməkdə davam etməli və öz müttəfiqlərimizə dəstək verməkdə davam etməliyik. Biz indi belə dostlara heç vaxt olmadığı qədər ehtiyac duyuruq və qəddar müharibə faktlarını və pis diplomatiya aparmaqla belə dostlarımızı itirə bilmərik. 

Belə ki, Ermənistan ordusu və onun əlaltıları Azərbaycanın yaşayış məskənlərinin günün bu saatında da atəşə tutmaqda davam edirlərsə, çox normal olaraq bizim liderlərimiz və geniş ictimaiyyətimiz açıqca bildirməlidir ki, Dağlıq Qarabağ beynəlxalq ictimaiyyətin rəsmən tanıdığı Azəbaycan ərazisidir və Ermənistan silahlı qüvvələri onu qanunsuz işğal edib və bu işğal pislənilir.

Beynəlxalq məhkəmələr Azərbaycanlıların etnik təmzilənməsini dəfələrlə pisləyiblər. Azərbaycanlılara qarşı törədilmiş cinayətlər insanlığa qarşı cinayətlər kimi tanınıb. Prezident Ruven Rivlik Erməni silahlılarının 1990-cı illərin əvvəlində azərbaycanlılara qarşı əməllərini "müasir dövrün soyqırımı” adlandırıb. Bu, bir daha baş verməmiş, bizim ayağa qalxmaq və müdaxilə etmək imkanımız var. (ann.az)

Qaynar.info