Xəbər lenti

“Titan” sualtı gəmisində batanların qalıqları tapıldı
Dünya07:40 29.06.2023

“Titan” sualtı gəmisində batanların qalıqları tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Atlantik okeanında "Titan” sualtı qayıqlarının qalıqları ilə birlikdə dənizin dibindən "güman edilən insan qalıqları" çıxarılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin press-relizində deyilir.
"Səhiyyə işçiləri hadisə yerində dağıntılar altından diqqətlə çıxarılan insan qalıqlarının rəsmi analizini aparacaqlar”, - mətndə bildirilir.
Gözlənilir ki, "sübutlar bir neçə beynəlxalq yurisdiksiyadan olan müstəntiqlərə bu faciənin səbəblərini tənqidi şəkildə nəzərdən keçirməyə imkan verəcək”, - Dəniz İstintaq Komitəsinin sədri Ceyson Noybauer bildirib. Onun sözlərinə görə, "Titan”ın batmasına nəyin səbəb olduğunu anlamaq və oxşar faciənin bir daha təkrarlanmamasını təmin etmək üçün hələ çox iş görülməlidir.
Bundan əvvəl Kanadanın Sent Cons şəhərinin limanında turist sualtı gəmisinin qalıqlarının gətirildiyi bildirilib.
Xatırladaq ki, batiskaf iyunun 18-də Titanikə ekspedisiya zamanı parçalanıb. Daha sonra batiskafın qalıqları batmış "Titanik”dən 200 metrdən çox aralıda tapılıb. Onlar "fəlakətli daxilə yönəlmiş partlayışa” əsas verirlər. 
Alpər