
Belarusun keçmiş prezidentliyə namizədi Svetlana Tixanosvkaya Rusiya Prezidenti Vladimir Putinlə görüşməsini hələ də mümkün hesab etdiyini deyib.
Qaynarinfoxəbər verir ki, Tut.by-yə verdiyi müsahibədə müxalifətçi Rusiya liderinə bircə təklifinin olduğunu deyib: Moskva qonşu dövlətdəki vəziyyətə qarışmasın.
"Rusiya bizə gələcəyimizlə bağlı özümüzün qərar verməyimizə imkan versin", - deyən Tixanovskaya əlavə edib: "Belarus onsuz da heç bir halda Rusiyadan uzaqlaşıb heç yerə getməyəcək".
Alpər