
Toy günü gəlin tərsliyindən dönmədi. Belə ki, gəlin gətirmə zamanı gəlin “zurna və nağara olmadan evdən çıxmaram. Bir az nazlıyam. Gətir, sonra evdən çıxım “ deyərək, qonaqları 3 saat qapının ağzında gözlədib. Bəy tərəfi zurna gətirməyi unutduğu üçün gəlin və anası inadkarlıq edərək, “burda 100 ev var. Bu vaxta kimi heç bir gəlin zurna və nağara çalınmadan çıxmayıb”-deyib.
Gəlinin qaynanası “Bu saatdan sonra nağaranı hardan gətirək? Axşam gətirərik” desə də gəlin inadından dönməyib.
Bəyin dostları zurna və nağara axtarıb, gətirəndən sonra gəlin nəhayət ki, evdən çıxıb. (atv.az)
Qaynarinfo.Az