Xəbər lenti

Tramp ABŞ-a işləmiş 1600 əfqanın taleyinin üstündən xətt çəkdi – KİV
Dünya 12:26 21.01.2025

Tramp ABŞ-a işləmiş 1600 əfqanın taleyinin üstündən xətt çəkdi – KİV

ABŞ hökumətinin ABŞ-a məskunlaşmaq üçün icazə verdiyi, o cümlədən hazırkı amerikalı hərbçilərin ailə üzvləri də daxil olmaqla, təxminən 1660 əfqanın uçuşları prezident Donald Trampın qaçqınlar üçün Amerika proqramlarının dayandırılmasına dair fərmanına əsasən ləğv edilib.  

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmisi və qaçqınların məskunlaşması üzrə əsas müdafiəçi bildirib.  

Amerikalı veteranların və insan hüquqları təşkilatlarının #AfghanEvac koalisiyasının rəhbəri Şon Van Dayver və anonimlik şərti ilə danışan ABŞ rəsmisinin sözlərinə görə, bu qrupa ABŞ-dakı ailələri ilə birləşməyi gözləyən böyüklərin müşayiət etmədiyi azyaşlılar və ABŞ-ın dəstəklədiyi keçmiş Əfqan hökuməti tərəfində döyüşdükləri üçün "Taliban” tərəfindən qisas alma təhlükəsi ilə üzləşən əfqanlar daxildir.  

Hazırda ABŞ-da qaçqın statusu verilmiş əfqanlar, aprelədək Kabildən uçmalı olduqları reyslərin siyahısından çıxarılır.  

Bu qərar, həmçinin, ABŞ-da qaçqın kimi məskunlaşmaq üçün icazə almış, lakin hələ Əfqanıstandan və ya qonşu Pakistandan uçuş təyin olunmamış minlərlə əfqanı qeyri-müəyyən vəziyyətdə qoyur.  

Nəşr xatırladır ki, Tramp miqrasiya nəzarətini gücləndirməyi 2024-cü il seçki kampaniyasının əsas vədlərindən biri edib və bununla da ABŞ-ın qaçqın proqramlarının gələcəyini qeyri-müəyyən vəziyyətdə qoyub.  

"Əfqanlar və onların müdafiəçiləri çarəsizlik içindədirlər. Bu gün artıq dörd dəfə telefonumu şarj etmək məcburiyyətində qalmışam, çünki mənə çox zəng edənlər var. Biz onları (Trampın keçid komandası – red.) bunun baş verə biləcəyi ilə bağlı xəbərdar etmişdik, amma yenə də bu addımı atdılar. Ümid edirik ki, bu qərarlarından daşınacaqlar”, - Şon Van Dayver deyib.

Məlumat üçün bildirək ki, Van Dayverin təşkilatı 2021-ci ilin avqustunda, ABŞ-ın son qoşunlarının Əfqanıstanı tərk etməsindən sonra "Taliban”ın Kabulu ələ keçirdiyi vaxtdan etibarən ABŞ hökuməti ilə Əfqan qaçqınların təxliyəsi və məskunlaşdırılması məsələsində əməkdaşlıq edən əsas koalisiyadır.  

Keçmiş prezident Co Baydenin administrasiyası Kabildən ABŞ-ın qarışıq şəkildə qoşunlarını çıxardığı dövrdə təxminən 200 000 əfqanı ABŞ-a gətirib.  

Trampın imzalayacağı onlarla fərmandan biri ABŞ-da qaçqınlara yardım proqramlarını ən azı dörd aylıq dayandıracaq.  

Ağ Evin yeni saytında qeyd edilir ki, Tramp "qaçqınların məskunlaşmasını dayandırır, çünki icmalar çoxluq təşkil edən və uyğunlaşması çətin olan miqrant qruplarını qəbul etməyə məcbur edilib və bu, icmaların təhlükəsizliyinə və resurslarına zərər verib”.  

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsindəki demokrat azlıq bu addımı tənqid edərək X-dəki paylaşımında bildirib: "Bu, imtinanın necə göründüyüdür. Təsdiqlənmiş əfqan müttəfiqləri "Taliban”ın insafına buraxmaq utancvericidir”.  

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->