Xəbər lenti

Tramp ABŞ-ın Ukrayna ilə bağlı
Dünya 13:32 05.02.2025

Tramp ABŞ-ın Ukrayna ilə bağlı "çox konstruktiv danışıqlar" apardığını iddia etdi

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar Ukrayna ilə bağlı "çox konstruktiv danışıqlar" aparır və Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün əlindən gələni edəcək.  

Qaynarinfo xəbər verir ki, bu barədə Tramp İsrailin baş naziri Benyamin Netanyahuyla Ağ Evdə keçirdiyi birgə mətbuat konfransına deyib.  

"Biz (ruslarla və ukraynalı liderlərlə – red.) çox yaxşı danışıqlar aparırıq, Ukrayna ilə bağlı çox konstruktiv müzakirələr gedir", - o bildirib.  

Tramp qeyd edib ki, Rusiya zərbələri nəticəsində Ukrayna şəhərləri "Qəzza kimidir, hətta ondan da pis vəziyyətdədir".  

ABŞ prezidenti vurğulayıb ki, o, "tam bir qırğını" dayandırmaq istəyir və bildirib ki, hər həftə Ukraynada həlak olan hərbçilərin sayı ilə bağlı hesabat alır və bu rəqəmlər onu sarsıdır.  

"Ukraynadakı real rəqəmləri eşidəndə... bu, dağıdılmış şəhərlər və öldürülən insanları nəzərə almasaq belə, dəhşətlidir. Ona görə də mən bunun dayanmasını istəyirəm", – deyə Tramp bildirib.  

O əlavə edib ki, Ukrayna tərəfində 700 min, Rusiya tərəfində isə 800 mindən çox hərbçinin həlak olduğu barədə məlumatlar var.  

"Avropa həqiqəti" qeyd edir ki, Trampa Vladimir Putindən işğal olunmuş Ukrayna ərazilərini tərk etməsini tələb edib-etməyəcəyi sualı verilib, lakin o, bu suala cavab verməyib.  

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski bundan əvvəl açıqlamışdı ki, Rusiya ilə müharibədə 45 100 ukraynalı hərbçi həlak olub, daha 390 min hərbçi yaralanıb.  

Daha əvvəl Zelenski Tramp administrasiyası ilə görüşə ümid etdiyini və bu görüşün Rusiyayla danışıqların formatı müəyyən edilməzdən əvvəl baş tutmalı olduğunu bildirmişdi.  

Fevralın 4-də Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak Trampın yeni milli təhlükəsizlik müşaviri Maykl Voltsla danışıb. Bu, Tramp administrasiyası işə başladıqdan sonra Ukrayna rəsmilərinin ABŞ hakimiyyəti ilə ilk rəsmi təması olub.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->