Xəbər lenti

Tramp Türkiyəni Rusiya neftini almaqdan imtinaya çağırdı
Siyasət20:45 25.09.2025

Tramp Türkiyəni Rusiya neftini almaqdan imtinaya çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Donald Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb.
"Report"un məlumatına görə, bu barədə o, Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.
"Bizim həm münaqişənin həlli, həm də ticarət sahəsində gözəl əlaqələrimiz var. Bu gün mən istərdim ki, Rusiya Ukraynaya qarşı dağıdıcı hücumunu davam etdirərkən Türkiyə Rusiyadan neft almağı dayandırsın. Onlar artıq milyonlarla insanı itiriblər; nəyə görə? Bu, utancvericidir", - Tramp deyib.