Xəbər lenti

Türkiyə millisinin üzvü
İdman 20:37 05.07.2023

Türkiyə millisinin üzvü "Atletiko"da (RƏSMİ)

Türkiyə millisinin futbolçusu Çağlar Söyüncü İspaniyanın "Atletiko" komandasına keçib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi Madrid təmsilçisi ilə 4 illik müqavilə imzalayıb.

Son klubu İngiltərə "Lester"i olan təcrübəli oyunçu La Liqa təmsilçisinə azad agent kimi transfer olunub.

Qeyd edək ki, Çağlar Söyüncü Türkiyədə "Altınordu" və Almaniyada "Frayburq"un da formasını geyinib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->