Xəbər lenti

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək
Siyasət16:10 01.02.2022

Türkiyə parlamenti Şuşa Bəyannaməsini təsdiqləyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Böyük Millət Məclisi Şuşa Bəyannaməsini təsdiq edəcək.
Qaynarinfo xəbər verir ki, "Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentə daxil olub.
Qeyd edək ki, bu gün Azərbaycan Milli Məclisinin plenar iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib. Beləliklə, Milli Məclis "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsini təsdiqləyib.