Xəbər lenti

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
Siyasət19:05 24.10.2020

Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropanın tənəzzülə yaxın olduğunu söyləyib.
REN TV xəbər verir ki, R.T.Ərdoğan bu barədə Kayseri şəhərində çıxışında deyib.
"Müsəlmanlara qarşı cəbhə açan Avropa öz sonuna doğru hazırlıq görməyə başladı”, deyə siyasətçi qeyd edib.
R.T. Ərdoğan bildirib ki,  Avropa ölkələrinin vətəndaşı olan müsəlmanların hüquqlarına edilən hücumlar, Avropa faşizminin yeni bir mərhələyə qədəm qoyduğunu göstərir.
O qeyd edib ki, Avropa bundan ən qısa müddətdə xilas olmasa, o zaman bu xəstəlik Avropanı içəridən məhv edəcək.
Oxu.az