Xəbər lenti

Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi
Siyasət11:16 13.04.2020

Türkiyə səfirliyi Ermənistana yardımla bağlı iddialara cavab verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin Azərbaycandakı səfirliyi rəsmi Ankaranın koronavirusla bağlı Ermənistana humanitar yardım göndərdiyi barədə məlumatlara münasibət bildirib.
Diplomatik nümayəndəlikdən Qaynarinfo-ya bildirilib ki, bu informasiyalar həqiqəti əks etdirmir. 
"Mətbuatda yayılan iddialarla əlaqədar olaraq bildiririk ki, Türkiyənin səlahiyyətli şəxsləri humanitar yardım olaraq Türkiyədə yaşayan 70-dək Ermənistan vətəndaşının Gürcüstan üzərindən ölkələrinə qayıtmaqlarını təmin edib. Bunun xaricində hər hansısa yardım göstərilməyib”, - səfirlikdən qeyd olunub.