Xəbər lenti

Türklər ağlayan azərbaycanlı məmurdan yazdılar - VİDEO
Siyasət11:57 15.05.2014

Türklər ağlayan azərbaycanlı məmurdan yazdılar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Nazir müavinini qəhər boğub

Azərbaycanlı nazir müavini Abid Şərifov Soma qurbanlarını anarkən ağlaması Türkiyə mətbuatının da gündəminə gəlib.

Bu barədə "Hürriyət"in internet saytı yazıb. 

Qeyd edək ki, bu gün Türkiyənin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. Mərasimdə A.Şərifov çıxış edərək bildirib ki, kömür mədənində baş vermiş partlayış ağır faciədir. Ölən vətəndaşlara Allahdan rəhmət diləyirik. Bizim sevincimiz də, kədərimiz də ortaqdır". 

Çıxışı zamanı Abid Şərifov göz yaşlarını saxlaya bilməyib. 

O hətta bir müddət qəhərdən danışa da bilməyib. Su içərək qəhərini boğan nazir müavini çıxışına davam edib. 

Soma faciəsi nəticəsində 282 nəfər ölüb. Onlarla insan yaralanıb (ANS).