Dünya 15:04 04.05.2022

Ukrayna: "Belarusun müharibəyə qoşulmasına hazırıq"

Rəsmi Kiyev Belarusun Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəyə qoşulmasına hazırdır.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Dövlət Sərhəd Xidmətinin sözcüsü deyib. 

Bu gün Rusiyanın yaxın müttəfiqi Belarus qoşunların döyüş hazırlığını yoxlamaq üçün qəfil hərbi təlimlərə başlayıb. Belarus Müdafiə Nazirliyi hərbi təlimlərin qonşular və Avropaya hər hansı təhdid olmadığını bildirib. 

"Biz Rusiya Federasiyasının Belarus ərazisi və Belarus silahlı qüvvələrini hansısa məqamda Ukraynaya qarşı istifadə edə biləcəyini istisna etmirik. Buna görə də biz hazırıq", deyə Ukrayna Dövlət Sərhəd xidmətinin sözcüsü Andrey Demçenko deyib.

O, həmçinin Rusiyanın 24 fevral hücumundan sonra Ukraynanın Belarusla sərhəddinin möhkəmləndirildiyini bildirib.

Bundan əlavə Demçenko ölkəsinin Rusiyayönümlü Dnestryanı bölgə ilə də sərhəddini möhkənləndirdiyini vurğulayıb.

Nurlan