Xəbər lenti

Ukrayna müharibəsi 2025-ci il boyunca davam edəcək - DB proqnozunu açıqladı
Dünya 17:35 17.01.2025

Ukrayna müharibəsi 2025-ci il boyunca davam edəcək - DB proqnozunu açıqladı

Dünya Bankı 2025-ci ildə Ukrayna iqtisadiyyatının artım tempinin 2%-ə qədər azalacağını proqnozlaşdırır. Bu proqnoz müharibənin bütün il ərzində davam edəcəyi ehtimalına əsaslanır.

Qaynarinfo xəbər verir ki, bu, yanvar ayında təqdim olunan Global Economic Prospects hesabatında qeyd olunub.  

Dünya Bankının qiymətləndirmələrinə görə, Ukrayna iqtisadiyyatının artımı 2024-cü ildə 3,2%-ə qədər yavaşlayıb. Bu, enerji imkanlarının azalması və qışda elektrik enerjisinin kəsilməsi kimi problemlərlə bağlı olub ki, bu da ticarət və sənaye istehsalının inkişafını əngəlləyib. Bu maneələrə və infrastruktura davamlı hücumlara baxmayaraq, Ukrayna iqtisadiyyatı əhəmiyyətli dayanıqlıq nümayiş etdirib.  

"Proqnozlara görə, Ukrayna iqtisadiyyatının artımı 2025-ci ildə 2%-ə qədər yavaşlayacaq. Bunun əsas səbəbi müharibə əməliyyatlarının ilin sonuna qədər davam etməsi ehtimalıdır. Əgər aktiv hərbi əməliyyatlar dayandırılarsa, 2026-cı ildə istehlak və yenidənqurma sahəsindəki investisiyalar hesabına 7%-lik davamlı artım gözlənilir", – deyə hesabatda bildirilir.  

Qeyd olunur ki, son bir ildə münaqişə birbaşa Ukrayna əhalisinin 41%-ni təsirləndirib. Bu, həm insanlara, həm də iqtisadiyyata ciddi zərbələr vurduğunu göstərir. 2023-cü ildə müdafiə üçün hərbi xərclər ÜDM-in təxminən üçdə birini təşkil edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->