Xəbər lenti

Ukrayna Rusiyanın İl-76 təyyarəsini "Patriot" raketi ilə vurub - NYT
Dünya17:07 08.02.2024

Ukrayna Rusiyanın İl-76 təyyarəsini "Patriot" raketi ilə vurub - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın İl-76 hərbi-nəqliyyat təyyarəsi Ukrayna Müdafiə Qüvvələri tərəfindən Belqorod vilayəti üzərində "Patriot" hava hücumundan müdafiə sistemindən istifadə etməklə vurula bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” fevralın 8-də yazır. https://www.nytimes.com/2024/02/08/us/politics/ukraine-russia-patriot-missile.html 
Qəzet özəl söhbətdə və anonimlik şərti ilə danışan Amerika rəsmilərinə istinad edir. NYT-nin həmsöhbətləri bildiriblər ki, "Patriot raketinin istifadəsi ilə bağlı xəbərlər dəqiqdir”. 
NYT həmçinin adı açıqlanmayan məlumatlı Amerika rəsmilərinə istinadən yazır ki, Ukrayna bu raketi Avropa tərəfdaşından alıb.
NYT öz məqaləsində qeyd edib ki, təyyarədə kimin olduğu hələ də aydın deyil. Jurnalistlərlə danışan ABŞ rəsmiləri qeyd ediblər ki, sərnişinlərdən bəziləri ukraynalı hərbi əsirlər ola bilərdi, lakin Ukrayna və ABŞ rəsmiləri Rusiyanın ölənlərin sayını şişirtdiyini ehtimal edirlər. 
Nizami Bağırov