Xəbər lenti

Ukrayna Rusiyanın
Dünya 12:22 09.06.2025

Ukrayna Rusiyanın "Kinjal" daşıyan MiQ-31 təyyarəsini Savasleyka aerodromunda vurdu

Ukrayna Müdafiə Qüvvələri Rusiyada yerləşən Savasleyka aerodromunda yerləşən təyyarələrə zərbə endirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"9 iyun gecəsi Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyatlar Qüvvələrinin bölmələri Ukraynanın Müdafiə Qüvvələrinin digər birləşmələri ilə birgə Rusiya Federasiyasının Nijniy Novqorod vilayətində yerləşən Savasleyka aerodromuna zərbə endirib”, deyə Baş Qərargahın məlumatında bildirilir.

Qeyd olunur ki, işğalçılar bu aerodromdan Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə edirlər. Məhz bu hərbi obyektə "Kinjal” aero-ballistik raketlərinin daşıyıcısı olan MiQ-31K qırıcı təyyarələri qalxır.

İlkin məlumata görə, düşmənin iki ədəd aviasiya texnikası – ehtimal ki, MiQ-31 və Su-30/34 qırıcıları məhv edilib.

"Döyüş əməliyyatlarının nəticələri dəqiqləşdirilir”, deyə hərbçilər əlavə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Çeboksarı şəhərində yerləşən "VNİİR-Proqress” zavodu zərbə altına düşüb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, zavod ərazisinə pilotsuz uçuş aparatları düşüb və nəticədə istehsalın dayandırılması qərara alınıb.

Sonradan Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bu hərbi obyektin vurulmasını təsdiqləyib. Bildirilib ki, burada naviqasiya avadanlıqları istehsal olunur. Xüsusilə, zavodda zərbə PUA-larında istifadə olunan "Kometa” adaptiv antenaları, idarə olunan aviabombalar üçün unifikasiya olunmuş planlaşdırma və korrektə modulları (UMPK) və digər texnika istehsal edilir. "VNİİR-Proqress” müəssisəsinin ərazisinə dronların "düşməsindən” sonra yanğın baş verib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->