Xəbər lenti

Ukrayna SNBO rəhbəri rusları “insanlıqdan uzaq asiyalı” adlandırdı
Dünya06:48 05.08.2023

Ukrayna SNBO rəhbəri rusları “insanlıqdan uzaq asiyalı” adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri ruslarla ukraynalıları nəyin fərqləndirdiyini açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO) katibi Oleksiy Danilovun sözlərinə görə, ruslar "qeyri-insani asiyalılardır”.
Danilovun sözlərinə görə, o, Asiya təmsilçilərinə çox normal münasibət bəsləyir, amma asiyalı deyərkən məhz rusları nəzərdə tutur. Danilov onların fərqli mədəniyyət və dünyagörüşünə diqqət çəkib.
"Bizi onlardan fərqləndirən də budur. Bizim onlardan əsas fərqimiz budur - insanlıq", - Danilov NTA kanalının efirində deyib və əlavə edib ki, Rusiya sakinlərinə qarşılıqlı yardım və bir-birinə hörmət kimi keyfiyyətlər xas deyil.
Bundan əvvəl Ukrayna lideri Vladimir Zelenskinin ofisi qeyd edib ki, Kiyevin planına maksimum sayda rus hərbçisinin məhv edilməsi daxildir. Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna prezidentinin ofisinin müşaviri Podolyak bildiriblər ki, Kiyev "rusları öldürüb və öldürməkdə davam edəcək”. "Ukrayna qanuni və ya fiziki olaraq hər birinizi məhv edəcək", - Podolyak deyib. Bundan əvvəl Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov qeyd edib ki, Kiyev "qələbəyə qədər dünyanın istənilən yerində rusları öldürüb və öldürməyə davam edəcək”.
Alpər