Xəbər lenti

Ukrayna TŞ rəhbəri ordunun Rusiyaya girməyə hazır olduğunu açıqladı
Dünya06:32 30.12.2022

Ukrayna TŞ rəhbəri ordunun Rusiyaya girməyə hazır olduğunu açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Belə bir zərurət yaranarsa, Ukrayna ordusu Rusiya ərazisinə daxil olacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Milli Müdafiə Şurasının katibi Aleksey Danilov "Kyiv Post” qəzetinə müsahibəsində bildirib.
"Ölkəmizin müdafiəsi üçün lazım bildiyimiz yerdə olmaq lazımdırsa, biz də orada olacağıq”, - deyə, o, bununla bağlı suala cavab verib. Danilov eyni zamanda Ukraynanın icazə üçün heç kimə müraciət etməyəcəyini vurğulayıb. "Heç kimdən soruşmayacağıq. Və kimisə qıcıqlandırmamaq barədə bu söhbətlər, cəfəngiyyatdır", - o deyib.
Danilov Rusiyanın "sonu”nu da proqnozlaşdırıb. "Əlbəttə olacaq. Bu sonu özləri yaradırlar, bu onların qərarıdır. Onlar bu gün öz ölkələrini məhv edirlər. Rusiya Ukrayna ilə döyüşmək qərarına gəldikdən sonra indiki formada və çərçivədə mövcud olmayacaq”, - o vurğulayıb.
Xatırladaq ki, dekabrın 26-da Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov bildirib ki, Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yayında Krımı almağa hazırlaşır. Onun sözlərinə görə, yarımada "kombinə şəkildə: həm güc, həm də diplomatiya yolu ilə geri qaytarılacaq”. 
"Ancaq güc olmadan heç nə olmayacaq. Bölmələrimiz ora əllərində silahla gedəcək”, - Budanov bildirib.
Bundan əlavə, jurnalistlər müsahibə zamanı Kirill Budanovun kabinetində parçalanmış Rusiyanın xəritəsinin olduğunu öyrəniblər. 
Xəritədə Kursk, Belqorod vilayətləri və Kuban Ukraynanın bir hissəsi kimi qara markerlə dövrələnib. "ФРГ” Kalininqrad vilayətində, "Ф" Kareliyada və şimal-qərbdə, "Ичкерия" Qafqazda, "ЦАР" mərkəzi rayonlarda və Sibirin bir hissəsində, "K" Uzaq Şərqdə, "Япония” Kuril adalarında qeyd olunub.  Jurnalistlər bunun "1991-ci il sərhədlərinə çatdıqdan sonra növbəti addım” olub-olmadığını soruşublar. "Hər kəs görmək istədiyini görür. Ola bilsin ki, bu, sadəcə geniş bir markerdir. Bəlkə də yox”, - deyə o bildirib. 
Rusiyada Budanov oktyabrın 8-də Krım körpüsündə baş vermiş partlayışın əsas təşkilatçısı hesab olunur.
Nizami Bağırov