"Bu savaşdan Ukrayna qalib çıxacaq. Buna heç kəsin şübhəsi yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Britaniya kəşfiyyatının Rusiya son 3 ayda SSRİ-nin Əfqanıstandakı 9 illik itkiləri qədər əsgər itirməsi ilə bağlı məlumatına aydınlıq gətirərkən deyib.
Ekspertin fikirincə, indiki mərhələdə müvəqqəti olaraq Rusiya hərbi üstünlüyə malikdir:
"Təəssüflər olsun ki, bizim bu gün real vəziyyəti görmək üçün imkanlarımız məhduddur.Həm Rusiya, həm də Ukrayna hərbi təbliğatı real məlumat almağa mane olur. Mən həmişə təhlil edəndə hərbi əməliyyatlar xəritəsinə baxıram. Görürəm ki, artıq Rusiya qüvvələri administartiv sərhədləri nəzarət altında saxlayır və Krıma qədər olan bir zolağını işğal ediblər. Bu baxımdan, hesab edirəm ki, Rusiya hərbi üstünlüyə malikdir. Hiss olunur ki, Ukrayna Rusiya tərəfindən tətbiq olunan təzə taktikaya hazır deyil. Əvvəllər Ukrayna partizan əməliyyatları ilə rusların planını poza bilirdi. Məhz partizan əməliyyatları nəticəsində Rusiya böyük itkilərə məriz qalmışdııd. İndi isə vəziyyət fəqlənir”.
Sabiq nazir hesab edir ki, hansısa atəşkəs rejiminə nail olmaq daha məqbul variant olardı:
"Qərbdən yeni silahların gəlməsi müəyyən vaxt tələb edir. Ukrayna üçün aralıq dövr vacibdir. Hazırda Ukrayna üçün hərbi vəziyyət o qədər də ürəkaçan deyil. Bəli, Rusiyanın da vəziyyəti yaxşı deyil, amma yenə də nisbi baxımdan, Moskva daha yaxşı durumdadır”.
Bahar Rüstəmli
Şərhlər