Xəbər lenti

Dünya 15:21 05.05.2023

Ukraynada 10 min PUA operatoru hazırlanıb

Ukraynada "Dron ordusu” layihəsi çərçivəsində 10 min pilotsuz uçuş aparatının (PUA) operatoru təlim keçib. 

Qaynarinfo xəbər verir ki, bu barədə baş nazirin müavini Mixail Fyodorov məlumat verib.

"Bu yaxınlarda biz PUA pilotlarının hazırlanması layihəsinin birinci hissəsini başa vurduq, bu müddət ərzində on min pilot hazırlanıb”, - deyə Fyodorov Rada telekanalının efirində bildirib. Onun sözlərinə görə, dron ordusunun həyata keçirilməsi üçün bütün dünyadan 325 milyon dollar toplanıb.

Ukrayna Rusiyanın müharibəsi fonunda 2022-ci ilin yayında "Dron ordusu” layihəsini elan edib. Bu, dronların sistemli alınmasını, təmirini və operativ dəyişdirilməsini nəzərdə tutur. Dronlardan monitorinq və hücumlar üçün istifadə edilməlidir. 2023-cü ilin yanvarında Mixail Fyodorov bildirmişdi ki, yeddi ay ərzində hərbçilər 3,3 milyard qriven (təxminən 90 milyon dollar) dəyərində 1,6 min PUA alınmasına dair müqavilə imzalayıblar. 

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->