Xəbər lenti

Ukraynada ilk dəfə təkrar ürək transplantasiyası həyata keçirildi (VİDEO)
Dünya 23:05 13.01.2025

Ukraynada ilk dəfə təkrar ürək transplantasiyası həyata keçirildi (VİDEO)

Ukraynalı həkimlər ilk dəfə unikal əməliyyat - təkrar ürək transplantasiyası həyata keçiriblər. Mütəxəssislərin səyi nəticəsində 30 yaşlı xəstəyə ikinci donor ürəyi alınıb.

Qaynarinfo bu barədə Life.pravda-ya istinadla xəbər verir.

Müəssisədən bildirilib ki, Ukraynada ilk retransplantasiya proseduru Səhiyyə Nazirliyinin Ürək İnstitutunun həkim briqadası tərəfindən həyata keçirilib.

30 yaşlı Petro 7 il əvvəl Minskdə (Belarus) əməliyyat zamanı ilk donor ürəyini alıb. Zaman keçdikcə orqan sıradan çıxmağa başlayıb, ona görə də kişiyə ikinci ürək transplantasiyası lazım olub.

Əməliyyatdan sonra Petro özünü "möhtəşəm" hiss etdiyini və üçüncü ürəyini aldığı üçün xoşbəxt olduğunu bildirib.

Bundan bir qədər əvvəl Ürək İnstitutunun mütəxəssisləri Ukraynada ilk dəfə ürək implantasiyasının iki mərhələsini həyata keçiriblər. Əvvəlcə xəstəyə mexaniki orqan, bir il yarımdan sonra isə donor ürək transplantasiyası aparılıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->