Ukraynalı müğənni Anna Asti (əsl adı Anna Dzyuba) Rusiya pasportu alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Secular Chronicle" "Telegram" kanalı məlumat
yayıb.
Sənətçinin Ukrayna vətəndaşlığından imtina edib-etmədiyi məlum deyil.
2021-ci ildə Asti jurnalist Kseniya Sobçaka verdiyi müsahibədə demişdi ki, 2020-ci ildə rusiyalı iş adamı Stanislav Yurkinlə evlənəndə Rusiya pasportunu ala bilərdi. Lakin ifaçı vətənə qayıtmamaq qorxusu ilə bunu təxirə salmaq qərarına gəlib.
"Mənim bütün ailəm oradadır, tez-tez onlara baş çəkirəm. Sakitcə anamın yanına gedib, onu qucaqlamaq istəyirəm”, - deyə müğənni bildirib.
Fevralın əvvəlində Anna Astinin Ukrayna pasportuna görə Rusiya biznesini itirdiyi bildirilir. Vergi xidməti fərdi sahibkar Anna Dzyubanın qeydiyyatını ləğv edib və bununla da sənətçinin Rusiyadakı sahibkarlıq fəaliyyətini dayanıb.
Bununla belə, sentyabr ayında Artik&Asti duetinin keçmiş üzvü Rusiyada musiqi leyblinin açılışını elan edib. Əvvəllər "Universal Music Group"da kommersiya direktoru vəzifəsində çalışmış Sergey Krasnenko baş direktor olub.
Aydın