Xəbər lenti

Ukraynaya bağışlanan 400 gülləkeçirməz jilet Nyu Yorkda oğurlandı
Dünya09:22 17.03.2022

Ukraynaya bağışlanan 400 gülləkeçirməz jilet Nyu Yorkda oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynaya göndərilən 400 gülləkeçirməz jilet Nyu Yorkdakı qeyri-kommersiya təşkilatından oğurlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "republicworld" agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanları tərəfindən bağışlanan istifadə edilmiş jiletlər Manhettenin İkinci prospektində yerləşən Amerika Ukrayna Konqresi Komitəsi və Amerika Ukrayna Milli Qadınlar Liqasının ofislərindən götürülüb.
Suffolk qraflığının şerifi Errol Toulon Jerin sözçüsü Vicki DiStefano ehtimal edir ki, jiletləri oğurlayan şəxs və ya şəxslər elə həmin təşkilatın əməkdaşlarıdır:
"Kiminsə bu humanitar böhrandan zərər çəkmiş insanlara kömək etmək üçün nəzərdə tutulmuş ləvazimat və materialları oğurlamaq üçün binaya girməsi insanlığa sığmayan hərəkətdir".
Xəyal