Xəbər lenti

Uorlik və Nalbadyan Dağlıq Qarabağla bağlı müzakirə aparıblar
Siyasət05:35 03.06.2016

Uorlik və Nalbadyan Dağlıq Qarabağla bağlı müzakirə aparıblar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik və Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Twitter” səhifəsində yazıb: “Ermənistan xarici işlər naziri ilə ATƏT-in araşdırma mexanizminin yaradılması təklifi da daxil olmaqla Vyana sammiti qərarlarının həyata keçirilməsi ilə bağlı əla müzakirələrimiz oldu”.

Qeyd edək ki, amerikalı həmsədr və Azərbaycan xarici işlər naziri  Elmar Məmmədyarov arasında mayın 31-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılmışdı.

Qaynarinfo.az