Xəbər lenti

Venesiya Komissiyasının təklifləri nəzərə alınıb – Deputat
Siyasət 10:40 09.09.2022

Venesiya Komissiyasının təklifləri nəzərə alınıb – Deputat

"Siyasi partiyalar haqqında” yeni qanun zamanın tələbidir”.
 
Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, hazırkı "Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilib:
 
"Ölkədə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını və "Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər”. 

Ceyhun Məmmədov qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edildiyini vurğulayıb:
 
"İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. 28 sentyabrda qanun layihəsinin ilk ictimai dinləmələri keçiriləcək. Layihənin hazırlanmasında siyasi partiyaların iştirakı təmin edilib. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət edib. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib və yeni qanunun hazırlanmasında bu təkliflər irəli sürüb”. 

Ceyhun Məmmədov deyir ki, sənədlərin hazırlanmasına önəmli məqamlardan biri beynəlxalq təcrübənin öyrənilməsi olub:
 
"Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır. Sentyabrın 28-i keçiriləcək ilkin ictimai dinləmə, həmçinin növbəti ictimai dinləmələr zamanı siyasi partiyaların, digər vətəndaş cəmiyyəti subyektlərinin, ekspertlərin, dövlət orqan və qurumlarının təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək. Bu da öz növbəsində qanunun yüksək səviyyədə hazırlanmasına öz töhfəsini verəcək”.
 
Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->