Xəbər lenti

Venesueladan ABŞ-a diplomatik təpki
Siyasət04:50 10.03.2016

Venesueladan ABŞ-a diplomatik təpki

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Venesuelanın ABŞ-dakı müvəqqəti işlər vəkili Sançes Arvelais geri çağırılıb.
 
Buna səbəb rəsmi Vaşinqtonun Venesuelaya qarşı tətbiq etdiyi sanksiyaların qüvvədə qalmasıdır.
“ABŞ təkəbbür, intriqalar və hakimlik iddiasından əl çəkməlidir”, deyə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.
Televiziya ilə xalqa müraciət edən N.Maduro növbəti dəfə bəyan edib ki, rəsmi Vaşinqton Venesuela hökumətini devirmək niyyətindədir.
Qeyd edək ki, bundan əvvəl N.Maduro ABŞ prezidenti Barak Obamaya müraciət edərək Venesuelaya qarşı sanksiyaları aradan qaldırmağa çağırmışdı.  (apa)
Qaynar.info