Xəbər lenti

Xaçmazda 966 min manatlıq abadlıq -
Ekonomiks 15:00 09.07.2026

Xaçmazda 966 min manatlıq abadlıq - "Safari" MMC yenidən "səhnədə"

Xaçmaz Rayon İcra Hakimiyyəti rayonda görüləcək abadlıq işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Safari” MMC seçilib. Abadlıq işlərinin həyata keçiriləməsinə görə şirkətə 966 928,26 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Safari” MMC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov, ev 9, 5-ci döngə, mənzil 170, giriş 3-də yerləşir. Şirkətin qanuni təmsilçisi İsazadə İqbal Mirbaba oğludur. 

Açıq mənbələrdə şirkət haqqında əlavə məlumatlar yoxdur. İqbal İsazadə barəsində də hər hansı məlumata rast gəlinmir. 

Dövlət satınalmalarının vahid internet portalında yerləşdirilən məlumatlardan aydın olur ki, "Safari” MMC tez-tez satınalma müsabiqələrində iştirak edir. Şirkət əsasən yerli icra hakimiyyətlərinin abadlıq işləri ilə əlaqədar keçirdiyi tenderlərin qalibi seçilir. 

Araşdırmalarımıza əsasən, "Safari” MMC-nin İqbal İsazadədən əvvəlki qanuni təmsilçisi Verdixanov Mübariz Eygün oğlu olub. 

Mübariz Verdixanov "tender kralı” kimi tanınır. O, hazırda  "Safari Bak Upak” MMC-nin və "Pioneer” şirkətinin qanuni təmsilçisidir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir. 

Seyid

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->