Xəbər lenti

Xalid Bağırovun təşviqatına maneə yaradıldığı deyilir
Siyasət06:54 05.02.2020

Xalid Bağırovun təşviqatına maneə yaradıldığı deyilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
76 saylı Lənkəran-Astara seçki dairəsindən müstəqil namizəd Xalid Bağırova təbliğat-təşviqat zamanı problem yaradılıb.
Bu barədə namizədin komanda üzvü Sadiq Əliyev Toplum Tv-yə məlumat verib.
Sadiq Əliyev deyib ki, maşınla təbliğat-təşviqat apararkən polis əməkdaşları yaxınlaşaraq insanları narahat etdiklərini söyləyiblər: "Biz təbliğat- təşviqatla bağlı maşın tutmuşduq. Üzərinə posterlər yapışdırmışdıq  və əlavə səsgücləndirici aparat  quraşdırmışdıq. Polis  əməkdaşları yaxınlaşdılar və bildirdilər ki, sizin etdiyiniz qanunsuzdur, insanları narahat edirsiniz. Maşınla gəzə bilməzsiniz. Xüsusi ayrılmış yerlər var, orada gedib təşviqat apara bilərsiniz”.
S.Əliyevin sözlərinə görə, problemlə bağlı Dairə Seçki Komissiyasına (DSK) müraciət ediblər və  onlara deyilib ki, heç bir qanunsuzluq yoxdur: "Tutduğumuz sürücüyə iş yerindən zəng gəldi. Sürücü də xidmət etməkdən imtina etdi. Ola bilsin ki, təzyiq ediblər. Avadanlığımızı və posterlərimizi maşından söküb getdi”.
Lənkəran Rayon Polis İdarəsindən Toplum TV-yə bildirilib ki, onlarda belə bir məlumat yoxdur.