Maqazin 12:17 21.07.2022

Xalq artisti estetik əməliyyatın vaxtını dəyişdi: "Bir az da bu gözəlliyi dadaq"

Xalq artisti Fatma Mahmudova plastik əməliyyat etdirəcəyi ilə bağlı məlumata aydınıq gətirib.

Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, yay ayı olduğundan əməliyyatı başqa vaxta keçirib:

"Bu dəqiqə əməliyyat etdirmək fikirində deyiləm. Hər yaşın öz gözəlliyi var. Bir az da bu gözəlliyi dadaq, zamanı çatanda o haqda fikirləşərəm”.

Səhhətinin yaxşı olduğunu deyən aktrisa teatrın məzuniyyətə getdiyini vurğulayıb.

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudovanın estetik əməliyyat olunacağı ilə bağlı məlumat yayılıb.

Bahar Rüstəmli