Xalq artisti Gülyanaq Məmmədova yeni mahnılar üzərində işləyir.
Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. Müğənni həmin mahnıların hər birinə klip çəkiləcəyini vurğulayıb:
"Nəsibə İsrafilqızının sözlərinə Fərahim Sadiqin bəstələdiyi "Türksoy” adlı əsər üzərində işləyirik. Möhtəşəm əsərdir. Bundan əlavə, sevən və sevilən gənclərlə bağlı mahnılarım var. Onların çoxu yeni ilə kimi dinləyicilərə təqdim olunacaq”.
Gülyanaq Məmmədova səfərlərindən də söz açıb:
"Hazırda Naxçıvandayıq. Mahirə Nağıqızının yubileyi keçiriləcək. Mən də tədbirdə iştirak edəcəyəm. Saysız-hesabsız tədbirlərə dəvətlər alıram, bir an belə boş vaxtım yoxdur. Qarşıdakı aylarda bir neçə ölkəyə səfərim olacaq”.
Bahar Rüstəmli
Şərhlər