Xəbər lenti

Xalq artisti İstanbula aparıldı:
Maqazin 12:20 30.07.2026

Xalq artisti İstanbula aparıldı: "Müalicələr düzgün aparılmayıb"

Xalq artisti, Gənc Tamaşaçılar Teatrının aktrisası Naibə Allahverdiyevanın səhhətində ciddi problem yaranıb. Ayağındakı uzunmüddətli sağlamlıq problemi səbəbindən aktrisa müalicə üçün Türkiyənin İstanbul şəhərinə aparılıb.

Naibə Allahverdiyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, son vaxtlar ağrıları daha da şiddətlənib:

"Ayağım illərdir mənə əziyyət verir. Vaxtilə çəkiliş zamanı yıxıldım və ayağım sındı. Sonradan məlum oldu ki, ayağımda bir yox, iki sınıq olub. Təəssüf ki, bunu həmin vaxt həkimlər müəyyən edə bilməyiblər. Artıq 20 ilə yaxındır ki, ayağımın müalicəsi üçün qapısını döymədiyim həkim, xərcləmədiyim pul qalmayıb. Son vaxtlar ağrılarım daha da artdı. Müayinələrdən sonra mənə dedilər ki, ayağımda qığırdaq toxumasının ciddi aşınması gedir".

Aktrisanın sözlərinə görə, Türkiyədəki həkimlər əməliyyatın zəruri olduğunu bildiriblər:

"Türkiyədə fəaliyyət göstərən həkimlərdən biri ilə əlaqə saxladım. Mənə dedilər ki, əməliyyat qaçılmazdır və bunun üçün təxminən 15 min ABŞ dolları tələb olunur. Mənim belə bir imkanım yox idi. Müxtəlif çıxış yolları axtardıq. Nəhayət, aparıcı Ayxanın dəstəyi ilə İstanbuldakı xəstəxanalardan birinə yerləşdirildim. Burada aparılan müayinələr zamanı mənə bildirildi ki, əvvəlki müalicələr düzgün olmayıb və artıq proses geri dönülməyəcək mərhələyə çatıb".

Naibə Allahverdiyeva Azərbaycanda aldığı müalicədən narazı olduğunu da bildirib:

"Azərbaycanda müraciət etmədiyim həkim qalmayıb. Təəssüf ki, müalicəyə lazımi səviyyədə yanaşılmayıb. İndi vəziyyət o həddə çatıb ki, artıq çəkilişlərə də gedə bilmirəm. Ağrılarım gündən-günə artır. Hazırda demək olar ki, ağrıkəsicilərlə yaşayıram".

Xalq artisti bildirib ki, artıq bir həftədir İstanbulda müalicə alır:

"Bir həftədir xəstəxanadayam və müalicəm davam edir. Buradakı həkimlər Azərbaycanda qoyulan diaqnozdan fərqli rəy veriblər. Hazırda müalicə prosesi gedir. Ümid edirəm ki, nəticəsi yaxşı olacaq". 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->