Xəbər lenti

Xalq artisti:
Maqazin 12:00 06.08.2026

Xalq artisti: "Müalicələr ağrıları kəsməyə yönəlib, ayağımın sağalacağına zəmanət verilmir"

Türkiyədə müalicə olunan Xalq artisti Naibə Allahverdiyeva səhhətindən danışıb.

Aktrisa Qaynarinfo-ya açıqlamasında bildirib ki, götürülən analizlərin bir qisminin nəticələri hələ hazır deyil:

"Bütün müayinələrdən keçdim. Bəzi analizlərin nəticələri hələ çıxmayıb. Nəticələrin hamısı hazır olandan sonra yekun diaqnoz açıqlanacaq. Ayağımla bağlı vəziyyət isə dəyişməyib. Əməliyyat olunsa belə, ayağımın tam sağalacağına zəmanət vermirlər. Bu, illərdir davam edən problemdir. Bir neçə il əvvəl israilli həkimlərdən biri ilə telefonla bu məsələni müzakirə edirdik. Həkim dedi ki, "Biz bunu edə bilmirik, sənə yeni ayaq alaq?" Zaman keçdikcə problem daha da ağırlaşıb. Müalicələr yalnız ağrılarımın qarşısını almağa yönəlib".

Xalq artistinin sözlərinə görə, problem ayaq biləyində olduğu üçün həkimlər cərrahi müdaxilə etməyə risk etmirlər:

"İldə bir dəfə Türkiyəyə gəlməliyəm. Ayaq biləyimə xüsusi iynələr vurulmalıdır. Demək olar ki, ömrümün qalan hissəsini bu ağrılar və müalicələrlə keçirməli olacağam".

Qeyd edək ki, bir müddət əvvəl Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problem yaranmışdı. Bu səbəbdən o, müalicə üçün Türkiyəyə aparılıb.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->