"Səhifəmin oğurlanması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva ona qarşı dələduzluq edənlərdən danışarkən deyib. Aktrisa bildirib ki, oğurlanan səhifələrini geri qaytara bilməyib:
"3 gündür ki, "İnstagram" və "Facebook" səhifəm oğurlanıb. Nə qədər çalışdıq, geri qaytara bilmədik. Adımdan axmaq-axmaq paylaşmalar edirlər. Şikayət edəcəyəm, aidiyyatı orqanlardan dəstək istəyəcəyəm”.
Qeyd edək ki, Xalq artisti Naibə Allahverdiyevaya qarşı dələduzluq edilib. Sosial səhifəsi ələ keçirilən aktrisanın adından 1500 manat pul istənilib.
Bahar Rüstəmli
Şərhlər