Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
13.23
Xalq artisti Roza Cəlilovanın dəfn yeri dəyişdirilib.
Bu barədə APA-ya nəvəsi Lalə Aslanur məlumat verib.
O qeyd edib ki, nənəsi əvvəl deyildiyi kimi, II Fəxri xiyabanda deyil, vəsiyyətinə əsasən, Qurd qapısı qəbiristanlığında - qardaşının yanında dəfn olunacaq.
Xatırladaq ki, Roza Cəlilova ilə vida mərasimi Təzə Pir məscidində keçiriləcək.
Şərhlər