
Azərbaycanın dünya şöhrətli müğənnisi, SSRİ Xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova dünyasını dəyişib.
"Qaynar" xəbər verir ki, bu barədə Behbudovların qızı, opera müğənnisi Rəşidə Rəşid öz sosial media hesabında yazıb:
"Mən qorxuram... Bu acıya dözmək ağrılıdır... Ana... Mənim yaşıl gözlü gözəl anam... Getdi, bizi tərk etdi".
Qaynar.Az
