Xəbər lenti

Xərçəng müalicəsini başa vuran şahzadə vəzifəsinin icrasına başladı
Dünya 14:26 18.09.2024

Xərçəng müalicəsini başa vuran şahzadə vəzifəsinin icrasına başladı

Britaniya vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middleton kimyaterapiya kursunu bitirdikdən sonra ilk iş görüşü keçirib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Sky News" telekanalı kral ailəsinə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, görüş Vindzor qəsrində baş tutub. Burada şahzadə Uilyam və Xeyriyyə Fondunun üzvləri iştirak ediblər. Uels şahzadəsi sonuncu dəfə ötən ilin dekabrında belə tədbirlərdə iştirak edib.

Kral ailəsi görüşün təfərrüatlarını açıqlamayıb.

Middletona xərçəng diaqnozu bu ilin martında qoyulub. Sonra şahzadə Uilyamın həyat yoldaşı profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçməyə başladığını açıqlayıb.

Sentyabrın 9-da Middleton müalicəsinin başa çatdığını elan edib. Britaniya taxt-tacının varisinin həyat yoldaşı son doqquz ayı inanılmaz dərəcədə çətin dövr adlandırıb. Uels şahzadəsi qeyd edib ki, o, hazırda mümkün qədər uzun müddət remissiyada qalmasını təmin etməyə diqqət yetirir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->